Geri qayıt Çap et

Xalq artisti Rasim Balayevin nəşi Bakıya gətirildi

Azərbaycanın Xalq artisti Rasim Balayevin nəşi dövlətimizin dəstəyi ilə martın 30-da Türkiyədən Vətənə gətirilib.

Ötən gün Rasim Balayev İstanbulda müalicə aldığı "Memorial" xəstəxanasında vəfat edib.

Denmedia.az Azərtac-a istinadən xəbər verir ki, mərhumun cənazəsi ailəsinə təhvil verilib.

Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq. Daha sonra görkəmli sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.