HBO yeni “Harry Potter və Fəlsəfə Daşı” serialının ilk tizerini YouTube kanalında təqdim edib.
Videoda kitabın əsas səhnələri yer alıb: Hoqvartsa məktubun gəlməsi, Harri, Ron və Hermionanın qatarda tanışlığı, seçici papaq mərasimi, kviddiç səhnələri və ilk dərslər.
Klassik hekayə bu dəfə serial formatında yenidən təqdim olunur
Tizerin sonunda serialın 2026-cı ilin katolik Milad bayramı ərəfəsində yayımlanacağı elan olunub.
Yeni layihə ilə bağlı digər detallar:
Bundan əvvəl aktyor Nik Frost Hagrid rolunu almaq üçün xüsusi ritual etdiyini açıqlamışdı.
Həmçinin Ralf Faynz yeni serialda antaqonistlə bağlı ipucları vermişdi.