Geri qayıt Çap et

“Buffy”nin məşhur aktyoru 54 yaşında dünyasını dəyişdi - Yuxuda

“Buffy — vampir ovçusu” serialında Ksander Harris rolu ilə tanınan amerikalı aktyor Nikolas Brendon 54 yaşında vəfat edib.

Bu barədə aktyorun ailəsi onun X sosial şəbəkə hesabında məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, Brendon yuxuda təbii səbəblərdən dünyasını dəyişib.

Nikolas Brendon 12 aprel 1971-ci ildə Los-Ancelesdə anadan olub.

O, məşhur serialdan başqa “Criminal Minds”, “Kitchen Confidential”, “Without a Trace” və “Private Practice” kimi layihələrdə də rol alıb.

Son illərdə aktyor diqqətini rəssamlığa yönəltmiş və yaradıcılıqla məşğul olmuşdu.

DenMedia.az