Sovet və rus aktyoru Nikolay Qaro 14 mart tarixində vəfat edib. Bu barədə aif.ru məlumat yayıb.
Aktyor məşhur sovet komediyalarındakı rolları ilə tanınırdı. Onun kinoda ilk rollarından biri “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmində soyuducu yük maşınının sürücüsü obrazı olub. Daha sonra isə o, məşhur “Kin-dza-dza” komediyasında cənab PJ rolunu canlandırıb.
Nikolay Qaro 3 dekabr 1937-ci ildə anadan olub. O, əvvəlcə aktyor kimi filmlərdə çəkilib, daha sonra isə prodüser fəaliyyətinə başlayıb.

Qaro “Qara rahib”, “Ryaba toyuğu” və digər filmlərin çəkilişlərinə rəhbərlik edib. 1995-ci ildən etibarən isə “Luç” kinostudiyasına rəhbərlik edib.