Geri qayıt Çap et

“Yeralaş”ın aktrisası Lyudmila Arinina 100 yaşına az qalmış vəfat etdi - FOTO

Rusiyanın əməkdar artisti Lyudmila Arinina 100 yaşına az qalmış vəfat edib. Bu barədə “Pyotr Fomenko emalatxanası” teatrından məlumat verilib.

Aktrisa 8 noyabr 1926-cı ildə anadan olub. O, 1944-cü ildə GİTİS-ə daxil olub.

Teatrın məlumatına görə, Arinina kinoda 41 yaşında debüt etsə də, sonradan 100-dən çox filmdə rol alıb. Bildirilir ki, onun tipik obrazı “çətin taleli tənha qadın” idi və bu, müəyyən mənada aktrisanın öz həyat hekayəsi ilə də səsləşirdi. Buna baxmayaraq, o, özünü həmişə xoşbəxt insan hesab etdiyini deyirdi.

Arinina 1956–1963-cü illərdə Çelyabinsk Dövlət Dram Teatrında, 1963–1969-cu illərdə Leninqrad Lenin Komsomolu Teatrında, 1969–1980-ci illərdə isə Moskva vilayət Dram Teatrında çalışıb.

1999–2006-cı illərdə isə Moskvanın “Pyotr Fomenko emalatxanası” teatrında fəaliyyət göstərib.

Aktrisa “Gələcəkdən gələn qonaq” (“Gostya iz buduşıego”) filmində rol alıb və “Yeralaş” uşaq kinojurnalının bir neçə buraxılışında çəkilib.

Denmedia.az