"Le Figaro" qəzetinin məlumatına görə, 17-ci əsr holland rəssamı Rembrandt Harmenszoon van Rejnin erkən əsəri olan "Məbəddə Zəkəriyyənin görüntüsü" Amsterdamda aşkar edilib.
“Zəkəriyyənin məbəddə vəhyi” adlı tablo uzun müddət şəxsi kolleksiyada saxlanılıb. Əsərin orijinallığı Amsterdamın Dövlət Muzeyinin – Rijksmuseum əməkdaşları tərəfindən təsdiqlənib.
Ekspertlərin sözlərinə görə, boyanın qat-qat çəkilməsi və rəngləmə texnikası rəssamın digər əsərləri ilə üst-üstə düşür. Onların qənaətincə, tablo Rembrandtın təxminən 27 yaşı olarkən yaradılıb.
Əsər muzeyə icarəyə veriləcək və martın 4-dən etibarən ictimaiyyətə təqdim olunacaq.