Geri qayıt Çap et

Bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd edilir.

DenMedia.az xəbər verir ki, bu günün tarixi UNESCO tərəfindən 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili Günü elan etməsi ilə başlayıb. UNESCO-nun baş konfransında 21 fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrin həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirməsi tövsiyə olunub.