Geri qayıt Çap et

Fransız zərifliyinin son siması: Jaklin de Rib dünyasını dəyişdi

Fransız zərifliyinin simvolu, əfsanəvi modelyer və qrafinya Jaklin de Rib 97 yaşında vəfat edib.

Bu barədə DenMedia.az Agence France-Presse (AFP)-ə istinadən məlumat yayıb.

Onun köməkçisi Stefani Muli bildirib ki, de Rib çərşənbə axşamı İsveçrədə dünyasını dəyişib.

Jaklin de Rib hələ 1956-cı ildə dünyanın ən zövqlə geyinən qadınları siyahısına daxil edilib və dəfələrlə moda sənayesinin aparıcı fotoqraflarının obyektivinə düşüb.

Jurnalistika və dizayn sahəsində fəaliyyət göstərdikdən sonra qrafinya, müştərisi olduğu İv Sen-Loranın dəstəyi ilə öz moda evini yaradıb. De Ribin debüt kolleksiyası beynəlxalq mətbuat tərəfindən müsbət qarşılanıb, brendin əsas bazarı isə ABŞ olub.

Modelyer 1995-ci ilə qədər öz moda evinə rəhbərlik edib, səhhəti ilə bağlı səbəblərə görə daha sonra fəaliyyətini dayandırıb.

2019-cu ilin sonunda onun topladığı sənət əsərləri kolleksiyasının – geyimlər istisna olmaqla – Fransada Sotheby’s hərracında satışı 22,8 milyon avro gəlir gətirib.