Kişilərin emosiyalarını davamlı olaraq boğması 40 yaş ətrafında infarkt riskini artıra bilər.
Bu barədə psixoloq İrina Qrekova NEWS.ru-ya müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, kişilər də qadınlar qədər emosional dəstəyə, qayğıya və diqqətə ehtiyac duyurlar.
“Kişi daş divar kimidir” düşüncəsinin arxasında qəfil aqressiya partlayışları və 40 yaşında baş verən infarktlar gizlənə bilər. Kişilər üçün də anlayış, qayğı və diqqət vacibdir. Əgər insan heç nədən danışmırsa və hər zaman “hər şey yaxşıdır” deyirsə, bu, həqiqətən də hər şeyin qaydasında olduğu demək deyil.

Ola bilsin ki, həmin şəxs işdən çıxarılması, biznesində yaşadığı böhran və ya səhhətində yaranan problemlər fonunda hər şeyin əvvəlki kimi olduğunu göstərmək üçün bütün enerjisini sərf edir. Kişinin bunları heç kimlə bölüşməməsi problemlərin öz-özünə həll olunacağı anlamına gəlmir.
Üstəlik, emosional gərginlik şəxsi münasibətlərə də mənfi təsir göstərir. Kişi tərəfdaşını incidə biləcək sözlər deməmək üçün getdikcə ondan uzaqlaşır və susmağa üstünlük verir”, – deyə psixoloq bildirib.