Geri qayıt Çap et

Miqren təkcə stressdən yaranmır - FOTO

Miqrenin yaranmasına çox vaxt bir deyil, bir neçə amilin birlikdə təsiri səbəb olur. Genetik Natalya Zaxarjevskaya RT-yə açıqlamasında bildirib ki, burada həm irsi meyillilik, həm də xarici amillər rol oynaya bilər.

Onun sözlərinə görə, mütəxəssislər əksər hallarda miqrenin dəqiq səbəbini müəyyən edə bilmirlər. Bununla belə, bəzi növlərdə, o cümlədən ailəvi hemiplegik miqrendə, səbəb konkret gendə baş verən dəyişikliklə əlaqəli ola bilər.


Zaxarjevskaya qeyd edib ki, miqrenin genetik əsaslarını araşdıran genişmiqyaslı tədqiqatda 102 mindən çox miqrenli və təxminən 700 min sağlam insan iştirak edib. Araşdırma nəticəsində miqren riski ilə əlaqəli 123 genom sahəsi müəyyən edilib. Onlardan 86-sı daha əvvəl elmə məlum olmayıb.

Genetik vurğulayıb ki, bütün bu məlumatlara baxmayaraq, miqrenin mənşəyi əksər hallarda bir səbəblə izah edilə bilmir və xəstəliyin yaranmasında genetik meyilliliklə yanaşı, ətraf mühit və həyat tərzi faktorları da rol oynaya bilər.

Denmedia.az