Geri qayıt Çap et

Yatmazdan əvvəl bunları yeməyin... - FOTO

Yatmazdan əvvəl şokolad, çay və fastfud qəbul etmək yuxuya getməyi çətinləşdirə və yuxusuzluğa səbəb ola bilər.

Bu barədə “Gazeta.Ru”ya endokrinoloq-dietoloq Oksana Mixaleva bildirib.

Həkimin sözlərinə görə, bəzi içkilərdə qəhvənin özündən daha çox kofein ola bilər. Bu isə sinir sistemini aktiv saxlayaraq yuxuya getməyə mane olur.

Yağlı və ağır qidalar isə daha gec həzm olunur. Nəticədə orqanizm istirahətə hazırlaşdığı vaxt mədə-bağırsaq sistemi işləməyə davam edir.

Belə qidalardan sonra mədədə ağırlıq, diskomfort və qıcqırma yarana bilər ki, bu da gecə yuxusunun keyfiyyətini pisləşdirir.

Mütəxəssis axşam yeməyini yatmazdan iki-üç saat əvvəl planlaşdırmağı tövsiyə edib. Onun sözlərinə görə, yeməkdən sonra ifraz olunan insulin də yuxuya getməyə mane ola bilər.

Denmedia.az