Geri qayıt Çap et

Qarpızı nə qədər yemək olar? -FOTO

Yetkin insan gün ərzində 800 qramdan çox qarpız yeməməlidir.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Primorsk diyarı üzrə baş ştatdankənar dietoloqu Olqa Yamilova RİA Novosti-yə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, qarpızın təhlükəsiz birdəfəlik porsiyası 200-300 qram təşkil edir.

“Bu, təxminən bir-iki dilim deməkdir”, — deyə Yamilova qeyd edib.

O əlavə edib ki, yetkin insan üçün gün ərzində 500-800 qram qarpız qəbul etmək məqbul sayılır. Dietoloq bu miqdarın 2-3 qida qəbuluna bölünməsini tövsiyə edib.

DenMedia.az