Nefroloq Borxa Kiroqa bildirib ki, hər kəsin əlavə maqnezium qəbul etməsinə ehtiyac yoxdur. Bu barədə El Confidencial nəşri məlumat yayıb.
Həkimin sözlərinə görə, maqnezium qəbul etmək üçün yeganə əsas səbəb analiz nəticəsində qanda maqnezium səviyyəsinin aşağı olmasıdır.
Kiroqa izah edib ki, bu mineralın çatışmazlığı bəzi böyrək xəstəlikləri olan insanlarda, həmçinin mədə turşuluğunu azaldan dərmanları müntəzəm qəbul edən şəxslərdə yarana bilər.

Mütəxəssis vurğulayıb ki, əgər qanda maqnezium səviyyəsi normaldırsa, əlavə qəbulun xüsusi faydası olmayacaq.
Əksinə, maqneziumun həddindən artıq qəbulu orqanizmdə mineral artıqlığına səbəb ola və bu da ürəklə bağlı ciddi problemlər yarada bilər.