Geri qayıt Çap et

Sadə telefon, nəhəng rekord: Nokia 1100 ən çox satılan model seçildi

Düyməli Nokia 1100 telefonu tarixdə ən çox satılan telefon olub. Bu barədə BGR yazır.

Məlumata görə, 2003-cü ildə təqdim olunan Nokia 1100 ümumilikdə 250 milyon ədəd satılıb.

Ən populyar telefonlar siyahısında ikinci yeri 2005-ci ildə təqdim edilən Nokia 1110 tutub. Bu modelin satış həcmi 248 milyon ədəd olub.

Üçüncü yer isə iPhone 6 və iPhone 6 Plus modellərinə məxsusdur. Bu smartfonlar ümumilikdə 224 milyon ədəd satılıb.

DenMedia.az