Geri qayıt Çap et

60 yaşın “yeni 40” olmasının səbəbi - FOTO

20 yaşda gözəllik təbiətin hədiyyəsidir. 50 yaşda isə gözəllik düzgün daxili idarəetmənin nəticəsidir.

Bu gün artıq 60 yaş “yeni 40” hesab olunur.

Mütəxəssislər bildirirlər ki, yaşlanma ilə mübarizədən daha çox, onun qarşısının incə şəkildə alınmasına diqqət yetirilir.

Ekspertlərin sözlərinə görə, 50 yaşdan sonra orqanizmdə ən vacib elementlərdən biri zülaldır.

Çünki yaş artdıqca əzələ kütləsi azalır və bu, dərinin sallanmasına səbəb olur.

Mütəxəssislər ağır qırmızı ət əvəzinə daha asan həzm olunan məhsulları tövsiyə edirlər:

  • balıq,
  • dəniz məhsulları,
  • yumurta,
  • toyuq,
  • hinduşka,
  • paxlalılar.

Onların fikrincə, C vitamini də böyük rol oynayır.

C vitamini toxumaların bərpasına kömək edir və zülalın mənimsənilməsini yaxşılaşdırır.

Bundan əlavə, omeqa-3, zeytun yağı, avokado və digər faydalı yağlar dərinin elastikliyini qorumağa kömək edir.

Ekspertlər şəkərin minimuma endirilməsini də vacib hesab edirlər.

Onların sözlərinə görə, artıq şəkər dərinin və damarların daha sürətli qocalmasına səbəb olur.

Məqalədə D vitamini, maqnezium, kalsium və K2 vitamininin də yaş artdıqca xüsusi əhəmiyyət daşıdığı vurğulanır.

Mütəxəssislər qeyd edirlər ki, bu əlavələr yalnız analizlərdən sonra və həkim nəzarəti altında qəbul edilməlidir.

Eyni zamanda gündə ən azı 15 dəqiqə hərəkətin vacibliyi qeyd olunur.

Yoqa, yüngül gimnastika və oynaq hərəkətləri orqanizmin daha sağlam qalmasına kömək edir.

DenMedia.az