Rusiyanın Səhiyyə Nazirliyinin baş geriatriya mütəxəssisi Olqa Tkaçova orqanizmin qocalmasının klinik əlamətləri hesab olunan xəstəliklərdən danışıb.
O, TASS-a açıqlamasında bildirib ki, belə xəstəliklərə:
Biz bunları orta hesabla təxminən 60 yaşdan etibarən müşahidə etməyə başlayırıq, — deyə Olqa Tkaçova bildirib.
Mütəxəssis qeyd edib ki, qocalma yalnız xəstəliklərlə deyil, orqanizmin funksiyalarının zəifləməsi ilə də özünü göstərə bilər.
Onun sözlərinə görə, əzələ gücünün azalması, yaddaşın zəifləməsi və diqqətin aşağı düşməsi də qocalmanın əlamətləri sayılır.
Olqa Tkaçova əlavə edib ki, insan orqanizmi inkişafın maksimum səviyyəsinə təxminən 25–30 yaşlarında çatır, bundan sonra isə təbii qocalma prosesi başlayır.