Geri qayıt Çap et

Mövsümi ləzzət: çirişli yumurta salatı - FOTO

Yazın ən dadlı salatlarından biri — çirişli yumurta salatı

İnqrediyentlər (1 porsiya):

  • çiriş — 150 q
  • qaynadılmış yumurta — 4 ədəd
  • xama — 3 x.q
  • göyərti (şüyüd, cəfəri) — 1 dəstə
  • duz — 1 çimdik
  • qara istiot — 1 çimdik

Hazırlanması:
Çirişi və göyərtini xırda doğra.


Yumurtaları kub formasında doğra.
Bütün inqrediyentləri qarışdır, xama əlavə et, zövqə görə duz və istiot vur.

Sadə, tez və çox dadlıdır — xüsusilə yaz mövsümü üçün ideal seçim.

DenMedia.az