Cenevrə yaxınlığında yerləşən və 1985-ci ildə SSRİ Ali Sovetinin ilk sədri Mixail Qorbaçov ilə ABŞ-ın sabiq prezidenti Ronald Reyqan arasında ilk görüşün keçirildiyi “Fleur d’Eau” villası hərracda satılıb.
Məlumata görə, tarixi əhəmiyyətə malik obyekt 12,36 milyon İsveçrə frankına (təxminən 1,2 milyard rubl) alıcı tapıb. Bu məbləğ ilkin qiymətlə müqayisədə demək olar ki, iki dəfə aşağıdır — villa əvvəlcə 23 milyon franka satışa çıxarılmışdı.
Villanın ümumi sahəsi 993 kvadratmetr təşkil edir. Hərrac Concierge Auctions tərəfindən təşkil olunub.