Çoxumuzun mətbəxində tez-tez rast gəlinən, amma dəyəri yetərincə bilinməyən bir qida var — qara gavalı qurusu. Adətən tək halda və ya səhər yeməklərinə əlavə edilərək istifadə olunur, lakin əslində bu məhsul güclü faydaları ilə seçilən qida mənbəyidir.

Mütəxəssislər bildirirlər ki, qara gavalı qurusu yalnız həzmə kömək etmir, eyni zamanda antioksidantlarla zəngin olduğu üçün sağlamlığa geniş təsir göstərir.

“Ödəm sandığınız şey əslındə karbonhidrat” — deyə Hanieh Vidmar vurğulayır və əlavə edir ki, bu məhsul sadəcə həzmi yaxşılaşdırmaqdan daha çox dəyərə malikdir.
Araşdırmalara görə, qara gavalı qurusu lif və sorbitol adlı təbii maddə sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyin aradan qaldırılmasına kömək edir.

Eyni zamanda, bu qida qadın sağlamlığı üçün xüsusilə önəmlidir. Onun tərkibində olan K vitamini, kalium və antioksidantlar sümük sağlamlığını dəstəkləyir və osteoporoz riskini azaltmağa kömək edir.
Qara gavalı qurusu həmçinin bağırsaq mikroflorasını yaxşılaşdıraraq uzunmüddətli həzm sağlamlığına dəstək verir və bəzi araşdırmalara görə, bağırsaq xərçəngi riskinin azalmasına da təsir göstərə bilər.

Gündə 3-5 ədəd qara gavalı qurusu istehlakı ümumi sağlamlıq üçün kifayət hesab olunur. Lakin həddindən artıq istifadə şişkinlik və həzm problemlərinə səbəb ola bilər.