Geri qayıt Çap et

Bu vərdiş demensiyaya səbəb ola bilər

Gecə saatlarında həddindən artıq yemək beyin üçün təhlükəlidir, bu barədə diyetoloq, nutrisioloq Yelena Solomatina 360.ru-ya açıqlamasında xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, erkən demensiya və koqnitiv qabiliyyətlərin zəifləməsi riskini artırır.

“Bu vəziyyətə ən həssas orqan beyindir. Bu isə erkən demensiya və koqnitiv pozuntuların yaranması riski deməkdir”, — deyə Yelena Solomatina izah edib.

Mütəxəssis qeyd edib ki, yuxu zamanı orqanizm istirahət etməli və bərpa olunmalıdır, qidanın həzmi ilə məşğul olmamalıdır. Onun sözlərinə görə, orqanizmi mütəmadi olaraq yükləmək daxili ritmlərin pozulmasına səbəb olur.

Solomatina əlavə edib ki, gecə yeməyi həm də erkən qocalma, enerji azalması və artıq çəki riski yaradır.

DenMedia.az