Niderlandın Vageningen və Böyük Britaniyanın Bornmut universitetlərinin alimləri şirniyyatla bağlı yayılmış fikirləri sarsıdan araşdırma aparıblar.
Science Daily-nin yazdığına görə, tədqiqat nəticələri göstərir ki, şirin dadın azaldılması maddələr mübadiləsinə və qidalanma vərdişlərinə gözlənilən təsiri göstərmir.
Araşdırmada 180 nəfər iştirak edib və onlar üç qrupa bölünüb:
Şirin dad həm adi şəkər, həm də aşağı kalorili şirinləşdiricilər vasitəsilə təmin olunub.
Altı ay ərzində iştirakçıların qan göstəriciləri, çəkisi və qidaya psixoloji meyli izlənilib.
Araşdırma tibb ictimaiyyəti üçün gözlənilməz nəticə verib:

Bu isə göstərir ki, sadəcə şirin dadı azaltmaq kifayət deyil.
Tədqiqatın aparıcı müəllifi, professor Ketrin Eplton bildirib:
“İnsanlar təbii olaraq şirin dadı sevir. Problem dadın özündə deyil, onun mənbəyində və ümumi kalori qəbulundadır.”
Alimlər qeyd edir ki, fast food məhsulları bəzən şirin hiss olunmasa da, gizli şəkər və yüksək kalori ilə zəngindir.
Eyni zamanda, meyvələr kimi təbii şirin məhsullar orqanizm üçün faydalıdır.
Mütəxəssislər hesab edir ki, piylənmə ilə mübarizə strategiyaları yenidən nəzərdən keçirilməlidir.
“Məsələ daha az şirin yemək deyil, daha az kalori qəbul etməkdir,” — deyə professor vurğulayıb.