Geri qayıt Çap et

Sən demə, kələm hər kəs üçün faydalı deyilmiş - FOTO

Həkim-qastroenteroloq Olqa Çistik bildirib ki, kələm bəzi mədə-bağırsaq xəstəlikləri zamanı istifadə olunmamalıdır. Bu barədə o, RIA Novosti agentliyinə danışıb.

Onun sözlərinə görə, bu tərəvəz şişkinlik yarada və xoşagəlməz simptomları gücləndirə bilər.

“Kələm bağırsaq xəstəlikləri — enterokolit, kolit, həmçinin pankreatit, qastrit və xora zamanı tövsiyə olunmur. Səbəb isə şişkinlik yaradan lifdir”, — deyə Olqa Çistik bildirib.

Həkim qeyd edib ki, kələmdə olan kobud qida lifləri mədə və bağırsaq selikli qişasını qıcıqlandıra bilər. Buna görə də həzm sistemi xəstəlikləri olan insanlar bu məhsula xüsusilə ehtiyatla yanaşmalıdır.

Bundan əlavə, mütəxəssis meteorizm və qaz yaranması problemi olan şəxslərə kələm istehlakını məhdudlaşdırmağı tövsiyə edib. Onun sözlərinə görə, belə hallarda kələm qarında narahatlıq və köpü artırır.

DenMedia.az