Yeni araşdırmaya görə, ultra emal olunmuş qidalar sümüklərin zəifləməsinə və sınıq riskinin artmasına səbəb ola bilər.
Bu barədə The British Journal of Nutrition jurnalında dərc olunan tədqiqatda qeyd olunub.
Araşdırmada 160 mindən çox insanın sağlamlıq məlumatları 12 il ərzində təhlil edilib. Nəticələr göstərib ki, çips, səhər yeməyi lopaları, peçenye və qazlı içkilər kimi məhsulların tez-tez istehlakı sümüklərin daha kövrək olmasına gətirib çıxara bilər.
Alimlərin hesablamalarına görə, belə qidalardan gündə əlavə 3,7 porsiya qəbul etmək sınıq riskini təxminən 10,5 faiz artırır.
Mütəxəssislər bildirirlər ki, bu məhsulların təhlükəsi əsasən tərkibində yüksək miqdarda şəkər, duz və yağın olması ilə bağlıdır.