Hadisələrin başqa cür inkişafı barədə fantaziyalar qurmaq normaldır, əgər bu, real həyatı pozmursa. Bu barədə neyropsixoloq Svetlana Pulya “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə düşüncələr emosional boşalmanı təmin edə və insanı yeni hobbilər axtarmağa sövq edə bilər.
Lakin mütəxəssis xəbərdarlıq edir ki, əgər fantaziyalar işə, təhsilə və münasibətlərə mane olursa, insan işlərini təxirə salaraq xəyali ssenarilərə qapılırsa və bundan sonra özünü daha pis hiss edirsə, bu artıq narahatedici haldır.
Pulya qeyd edib ki, reallıq insan üçün mənasız və boz görünürsə, xəyalların axınına nəzarət etmək mümkün olmursa, bu, dezadaptiv fantaziyalaşdırma adlanan fenomen ola bilər. Bu, rəsmi diaqnoz sayılmasa da, aktiv şəkildə öyrənilir və diqqət tələb edir.
Eyni zamanda, psixoloq Elvira Jdanova kişini öz mənzilində yaşatmağın riskli addım ola biləcəyini bildirib. Onun sözlərinə görə, ayrılıq halında tərəfdaş mənzil təmiri və ya mebelə xərclədiyi vəsaiti geri tələb edə bilər.