Geri qayıt Çap et

Ramazanda düzgün qidalanma: sağlam boşqab qaydası

Ramazan ayında qidalanmada sağlam boşqab prinsipi əsas götürülməlidir. Mütəxəssislər bildirirlər ki, boşqabın müəyyən nisbətlərdə bölünməsi orqanizmin bütün zəruri maddələri almasına kömək edir.

Tövsiyəyə görə, adi boşqabı düşüncədə üç hissəyə bölmək lazımdır. Onun yarısını tərəvəz və ya meyvələr təşkil etməlidir — bu, lif və vitamin mənbəyidir. Dörddə bir hissə zülal məhsullarına — ət, balıq, quş əti, yumurta və paxlalılara ayrılmalıdır. Qalan hissə isə mürəkkəb karbohidratlar — qarabaşaq, düyü, bulqur, makaron və ya tam taxıllı çörəkdən ibarət olmalıdır.

Uzun fasilədən sonra iftarda həddindən artıq yemək riski artır. Buna görə “bir yemək — bir boşqab” qaydasına əməl etmək tövsiyə olunur.

Sahur isə gün ərzində enerji və toxluq hissinin qorunmasında əsas rol oynayır. Bu zaman da sağlam boşqab prinsipi tətbiq edilir, lakin daha sadə formada. Ət əvəzinə yumurta, kəsmik, qatıq, paxlalılar və ya göbələk seçilə bilər. Uzunmüddətli toxluq üçün yulaf sıyığı və bərk buğda makaronu məsləhətdir.

Ən vacib məqam isə su balansıdır. Axşam saatlarında gündəlik maye norması bərpa olunmalıdır. Gecə ərzində ən azı 1,5 litr su içmək tövsiyə edilir. Ən yaxşı seçim təmiz içməli su və ilıq bitki çayıdır. Şəkərli içkilər və kofeinli məhsullar susuzlaşmanı artıra bilər.

Denmedia.az