Pomidorun müntəzəm istehlakı xərçəng xəstəliyinin inkişaf riskini azalda bilər. Bu barədə “Radio 1”ə müsahibəsində diyetoloq Andrey Bobrovski bildirib.
Onun sözlərinə görə, pomidorun tərkibində olan likopin adlı maddə ürək, damarlar və orqanizmin hüceyrələri üçün xüsusi əhəmiyyət daşıyır.
Diyetoloq qeyd edib ki,
“Likopin güclü antioksidantdır. O, sərbəst radikalları neytrallaşdırır və hüceyrələri oksidləşdirici stressdən qoruyur. Məhz bu proseslər qocalmanın və bir çox xroniki xəstəliklərin əsasını təşkil edir”.
Bobrovskinin sözlərinə görə, likopinlə zəngin pomidorların müntəzəm qəbulu:
prostat xərçəngi
ağciyər xərçəngi
mədə xərçəngi
süd vəzi xərçəngi
riskinin azalmasına kömək edə bilər.
Mütəxəssis əlavə edib ki, bu qida vərdişi arterial təzyiqin normada saxlanmasına, həmçinin ultrabənövşəyi şüaların zərərli təsirindən və erkən dəri qocalmasından qorunmağa da dəstək olur.