Geri qayıt Çap et

Enerji içkilərinin gizli təhlükəsi: diş minasından mədəyə qədər

Enerji içkiləri təkcə diş minasına deyil, həm də mədə-bağırsaq traktına zərər verir. Bu barədə NEWS.ru-ya Rusiyanın Peşəkar Ortodontlar Cəmiyyətinin üzvü Mariya Balakireva məlumat verib. O, Nijni Novqoroddan olan 18 yaşlı gəncin bu içkilərə görə az qala dişlərini itirməsi ilə bağlı xəbəri şərh edib. Onun sözlərinə görə, enerji içkilərinin qəbulu sağlamlıq üçün riskləri əhəmiyyətli dərəcədə artırır.

“Təəccüblüdür ki, Nijni Novqoroddan olan gəncdə enerji içkilərindən sonra yalnız dişlərlə bağlı problem yaranıb. Bəli, həqiqətən o, dişlərini itirə bilərdi. Bu içkilərin tərkibi ciddi şəkildə yoxlanılmalıdır. Orada diş minasına zərərli təsir göstərən fermentlər ola bilər. Çox güman ki, gəncdə mədə ilə bağlı problemlər də yaranıb. Ümumiyyətlə, bütün orqanizm zərər görür. Enerji içkiləri mədə-bağırsaq traktına da ciddi təsir göstərir”, — deyə Balakireva izah edib.

O qeyd edib ki, enerji içkilərindən ağılla istifadə etmək lazımdır. Onun sözlərinə görə, bu cür içkiləri həftədə bir dəfədən çox olmayaraq qəbul etmək olar.

DenMedia.az