Mətbəxi təmizləyərkən adətən çanağı, sifonu, süngərləri diqqətlə yuyuruq. Amma bir yer var ki, demək olar həmişə diqqətdən kənarda qalır. Halbuki ən çox bakteriya məhz orada toplanır. Daha sonra yemək hazırlayarkən bu mikroorqanizmlər birbaşa əllərimiz və qidalarla təmasda olur.
Söhbət mətbəx kranından (sməsiteldən) gedir. Məişət gigiyenası üzrə mütəxəssislər Tasting Table portalına bildiriblər ki, kran daim nəm qalır və bu da patogenlərin çoxalması üçün ideal mühitdir.
Kran vizual olaraq təmiz görünsə belə, əsası və tutacaqları ətrafında tez bir zamanda bakterial qat yaranır. Zaman keçdikcə mikroblar çarpaz çirklənmə yolu ilə krandan təmiz əllərə və qidalara asanlıqla keçir.
İdeal halda kranı hər yemək hazırlığından sonra silmək tövsiyə olunur. Praktikada isə həftədə 2–3 dəfə yumaq bakterial yükü azaltmaq və çöküntünün yığılmasının qarşısını almaq üçün kifayətdir.
İlıq su və sabun — gündəlik təmizlik üçün
Yüngül dezinfeksiyaedici məhlul və ya hazır salfetlər — dezinfeksiya üçün
Sirkə və soda — xrom səthlərdə ehtiyatla istifadə olunmalıdır
Mütəxəssislər kran baxımını gündəlik vərdişə çevirməyi məsləhət görürlər:
kranı istifadə və təmizlikdən sonra quru silmək;
çiy ətlə işlədikdən sonra krana toxunmamaq;
kranın alt hissəsini və birləşmələri kif və çöküntü üçün mütəmadi yoxlamaq.