Şahzadə Harri və həyat yoldaşı Meqan Markl üçün Böyük Britaniyada kral mühafizəsinin bərpa olunması mümkün ola bilər.
İnsayderlərin bildirdiyinə görə, Böyük Britaniya hökuməti Sasseks hersoqu üçün dövlət tərəfindən təmin edilən təhlükəsizliyi yaxın vaxtlarda yenidən aktivləşdirə bilər. Məlumata əsasən, məsələ hazırda müzakirə mərhələsindədir və təhlükəsizlik risklərinin yenidən qiymətləndirilməsi fonunda qərar dəyişdirilə bilər.
Xatırladaq ki, Şahzadə Harri və Meqan Markl kral ailəsinin aktiv üzvlüyündən geri çəkildikdən sonra Böyük Britaniyada avtomatik dövlət mühafizəsi hüququnu itirmişdilər. Son dövrlərdə isə cütlüyün təhlükəsizliyi ilə bağlı narahatlıqlar bu mövzunu yenidən gündəmə gətirib.