Geri qayıt Çap et

Qəhvəsiz enerji? Dietoloqların tövsiyə etdiyi “süper duet”

Səhər saat 10 radələrində bir çox insan — istər səhər yeməyindən sonra, istərsə də acqarına — yüngül halsızlıq hiss edir. Bunun qarşısını almağın sadə yolu düzgün ara yeməyidir. EatingWell ekspertlərinin fikrincə, badam və qaysı qurusu qan şəkərində kəskin sıçrayış yaratmadan enerjini bərpa etməyə kömək edir.

Badam–qaysı qurusu “dueti”nin üstünlüyü

Sağlam yağlar, bitki mənşəli zülal və karbohidratların birləşməsi bu ikilini beyin üçün ideal enerji mənbəyinə çevirir. Badam uzunmüddətli toxluq yaradır və şəkərin sorulmasını yavaşladır, qaysı qurusu isə enerjini yumşaq şəkildə artırır.

Endokrinoloq Keziya Coyun sözlərinə görə, bu cür ara yemək bir neçə saatlıq məhsuldarlıq artımı yaradır və qanda qlükozanın kəskin düşməsinə səbəb olmur. Bu xüsusilə prediyabet və 2-ci tip diabeti olan insanlar üçün vacibdir.

Badam və qaysı qurusu sinir sistemi üçün faydalı maddələrlə zəngindir:

  • E vitamini

  • B qrup vitaminləri

  • Kalium

  • Maqnezium

Badamın tərkibindəki tirozin amin turşusu ayrıca qeyd olunur. Məhz bu maddədən dopamin sintez olunur. Araşdırmalar göstərir ki, tirozinlə zəngin qidaların müntəzəm qəbulu yaddaşı və düşünmə sürətini yaxşılaşdırır.

Necə qəbul etməli?

Mütəxəssislər 5–7 ədəd badam və 2–3 ədəd qaysı qurusu tövsiyə edirlər. Onları təkbaşına və ya sıyıq, yoqurt, kəsmiklə birlikdə yemək olar.

Zərurət olduqda badam və qaysı qurusu oxşar təsirə malik digər məhsullarla əvəz edilə bilər.

DenMedia.az