Geri qayıt Çap et

Şəkər əvəzinə nə istifadə edək? Dietoloq açıqladı

Trehaloz, arxat və topinambur şəkərə faydalı alternativ ola bilər, – bunu RT-yə dietoloq Mariyat Muxina bildirib. Onun sözlərinə görə, bu məhsulları istifadə etməzdən əvvəl mütləq əks-göstərişlərlə tanış olmaq lazımdır.

Dietoloq qeyd edib ki, adi şəkərdən fərqli olaraq tregaloza qanda qlükozanı artırmır və hüceyrələri qoruyur.

Arxat isə A, B, C, E və K vitaminləri ilə zəngindir və soyuqdəyməyə qarşı təsir göstərir.

Həkim əlavə edib ki, topinambur da oxşar faydaya malikdir. Bununla yanaşı, steviya və aqava kimi digər təbii şirinləşdiricilər də mövcuddur.

DenMedia.az