Geri qayıt Çap et

Gündə neçə dəfə yemək lazımdır? Miflər, faktlar və ən sağlam model

Gündə neçə dəfə yemək lazım olduğuna dair “mütləq 5 dəfə yemək lazımdır”, “gecə yemək olmaz”, “səhər yeməyi şərtdir” kimi qaydalar illərdir dolaşır. Amma müasir tədqiqatlar göstərir ki, ideal qida rejimi universaldır demək — tamamilə yanlış yanaşmadır. Orqanizm fərdidir və rejim də insanın həyat ritminə uyğun qurulmalıdır.

Bəs elmi fakt nə deyir?

İnsan bədəni üçün ən vacib meyar — kalori balansı, makro paylanma və qidalanmanın davamlılığıdır. Yəni nə qədər kalori qəbul etdiyin, nə qədər zülal yediyin və bunu gündə neçə dəfə etdiyin — fərqli rollar oynayır.

Əsas məsələ:

  • Gündə 2 dəfə də yeyə bilərsən,

  • 3 dəfə də,

  • 4–5 dəfə də — əgər sənə uyğundursa, bədən bunu normal qarşılayırsa və kalori balansı pozulmursa.

Bəs rejim niyə hələ də vacib sayılır?

Rejim — məcburi qayda deyil, nizam yaratmaq vasitəsidir. Sabit yemək saatları:

  • hormonları stabilləşdirir,

  • qəfil aclığın qarşısını alır,

  • artıq yemə ehtimalını azaldır,

  • insulinin “vur-çıx” dalğalarını sakitləşdirir.

Yəni rejim — bədənə "təhlükəsiz zona" kimi gəlir.

3 əsas qidalanma modeli (hər biri işləyir):

1. Klassik: Gündə 3 dəfə

Səhər–nahar–şam.
Əksər insan üçün rahatdır. Stabil enerjini təmin edir.

2. Gündə 2 böyük yemək

Səhər və şam və ya nahar və şam.
İnsulin həssaslığı yaxşı olan, iş ritmi sıx olan insanlar üçün uyğundur. Çoxları bu modeldə özünü yüngül hiss edir.

3. 3 əsas + 1 yüngül qəlyanaltı

İdman edənlər, məşq sonrası zülal ehtiyacı olanlar üçün uyğundur.

Bəs ən doğru model hansıdır?

O model ki…

  • doyurur,

  • enerji verir,

  • çəkiyə nəzarət etməyə kömək edir,

  • səni bezdirmir,

  • gecə “binge eating” yaratmır,

  • həyat ritminə uyğun gəlir.

Universal qida modeli yoxdur. Universal olan tək şey — bədənini dinləməkdir.

Ən vacib 3 qızıl qayda

  1. Mütləq zülal prioriteti:
    Hər yeməkdə 20–30 q zülal — toxluq hissi və çəki nəzarəti üçün əsas faktordur.

  2. Kalori balansı:
    Zəifləmək istəyirsənsə — deficit.

  3. Blanket qadağalara inanma:
    Gecə yemək olmaz — mifdir.
    Əsas məsələ ümumi gün kalorindir, vaxt yox.

Nəticə

İnsan bədəni "regulirovka" sevən bir sistemdir. Amma bu nizamı sən özün təyin edirsən, kitab yox. Gündə neçə dəfə yemək məsələsi — digər bütün vərdişlər kimi — şəxsi ritmə uyğun optimallaşdırılır.

Denmedia.az