Tərəvəzləri estetik görünüş üçün mətbəx masasının üstündə səbətdə saxlamaq və ya şam yeməyini bişirdikdən sonra sadəcə unutmaq — hər iki halda otaq temperaturu öz təsirini göstərəcək. Soyuducudan kənarda bəzi məhsullar o qədər sürətlə xarab olur ki, az vaxt keçməmiş bakteriyaların çoxalması üçün mənbəyə çevrilir və qida zəhərlənməsi riski yaradır. Real Simple portalının mütəxəssisləri hansı məhsullarla ehtiyatlı olmaq lazım gəldiyini açıqlayıb.
Dezinfeksiya zamanı qabığın qoruyucu təbəqəsi yuyulur — qabıq bakteriyaları içəri buraxmağa başlayır; otaq temperaturunda mikroblar daha tez çoxalır.
Solanin adlı maddə əmələ gəlir — kartof acılaşır, yaşıl rəng alır və cücərir.
İstilik siqnal verir — soğan cücərməyə başlayır və ardınca xarab olur.
Sulu və yumşaq olur — sağlamlığa zərəri yoxdur, amma dadını və toxumasını korlayır.
Sürətli yetişmə kif və meyvə milçəklərini cəlb edir — mətbəxdə bunları görmək istəməzsiniz...
Məhsulun bütövlüyü pozulduqda, kəsik hissə xəstəliktörədən mikrobları daha tez çəkir.
Soyuq mühitə həssas olmayan bir çox məhsul soyuducusuz da rahat saxlanır:
sarımsaq və zəncəfil
bütöv qarpız və yemiş
pomidor
alma
çörək