Geri qayıt Çap et

Səhər yorğunluğunu 5 dəqiqəyə aradan qaldıran qida dueti

“10:00-da gələn yorğunluq təsadüfi deyil — beynin enerji istəməsidir.”

Səhər saat 10-a yaxın çox adamda — istər acqarına, istərsə də səhər yeməyindən sonra — yüngül gücsüzlük, enerji enməsi hiss olunur. Mütəxəssislər bunu beynin qlükoza ehtiyacının artması ilə izah edir və ən sadə çıxış yolunu göstərirlər: badam + quru ərik.

Niyə məhz badam və quru ərik?

Bu “duet” tərkibinə görə beynə ideal balans verir:

“Sağlam yağ + bitki zülalı + yavaş karbohidrat = sabit enerji və kəskin şəkər sıçrayışı yoxdur.”

  • Badam — uzunmüddətli toxluq və qanın şəkərini sabit saxlayır.

  • Quru ərik — yumşaq, təhlükəsiz enerji artımı verir.

Endokrinoloq Kesiya Coy bildirir ki, bu qarışım bir neçə saatlıq məhsuldarlıq yüksəlişi yaradır, amma qanda şəkərin qəfil düşməsi baş vermir. Bu, xüsusilə prediabet və 2-ci tip diabeti olanlar üçün vacibdir.

Beyni qidalandıran tərkib

Badam və quru ərikdə sinir sistemini qoruyan maddələr var:

  • E vitamini

  • B qruplu vitaminlər

  • Kalium

  • Maqnezium

Xüsusilə badamdakı tirozin vacibdir.

“Tirozin — dopaminin xammalıdır. Dopamin isə diqqəti, yaddaşı və düşünmə sürətini artırır.”

Araşdırmalara görə, tirozinlə zəngin qidalar iş yaddaşını və mental sürəti yaxşılaşdırır.

Necə yemək lazımdır?

Ekspertlərin tövsiyəsi çox sadədir:

5–7 badam + 2–3 quru ərik — ideal səhər enerjisi dozasıdır.

Bunu:

  • təkbaşına qəlyanaltı kimi,

  • və ya yulaf, qatıq, kəsmiklə birlikdə
    yemək olar.

Əgər bu məhsullar uyğun deyilsə, onları oxşar tərkibli digər qidalarla əvəz etmək mümkündür.

DenMedia.az