Ev şəraitində həqiqi italyan zərifliyi istəyənlər üçün “Nua” piroqu mükəmməl seçimdir. Bu desert sanki iki dünyanın ən yaxşısını birləşdirir:
ipək kimi yumşaq ovuntulu xəmir + vanilli zərif krem.
Üstəlik — tamamilə bitki yağında hazırlanır, kərə yağı tələb etmir, mikser də lazım olmur. Limon qabığının yüngül sitrus ətri təzəlik qatır, vanilli krem isə tam bir bayram ovqatı yaradır.
Bu piroq səhər qəhvəsinin yanında da, axşam çay süfrəsində də yerini gözəl tapır. Bir dəfə hazırladınsa, təkrar-təkrar etmək istəyəcəksən. 💛
1 yumurta sarısı
80 q şəkər
15 q un
15 q nişasta
280 ml isti süd
vanil şəkəri
Hazırlanması:
Yumurta sarısını şəkərlə qarışdırın, un və nişasta əlavə edin. İsti vanilli südü hissə-hissə tökün.
Aşağı odda, daim qarışdıraraq, krem qatılaşana qədər bişirin. Tam soyudun.
2 yumurta
bir çimdik duz
150 q şəkər
60 ml süd
80 ml duru yağ
yarım limonun rəndələnmiş qabığı
230 q un
10 q qabartma tozu
Hazırlanması:
Yumurtanı şəkər və duzla yaxşıca çalın. Süd, yağ və limon qabığı əlavə edin.
Unu qabartma tozu ilə birlikdə ələyin və xəmirə qatın.
Formanın içinə xəmirin 2/3 hissəsini yayın. Üzərinə tam soyumuş kremi qoyun.
Kalan xəmirin 1/3 hissəsini yuxarıdan əlavə edin.
180°C-də 45–50 dəqiqə bişirin.
Vacib: piroqu formadan çıxarmayın, tam soyusun — dadı və teksturası onda tam açılır.