Geri qayıt Çap et

Demensiya təhlükəsi: riskli idman növlərinin siyahısı yayımlandı

Boks, xokkey və amerika futbolu kimi tez-tez kəllə-beyin travması ilə müşayiət olunan idman növləri demensiya riskini artırır.

DenMedia.az xəbər verir ki, bu barədə “Qazeta.Ru”-ya psixiatr, narkoloq, Doktor İsayev Klinikasının rəhbəri Ruslan İsayev danışıb.

O bildirib ki,

“Boksçu demensiyası” xroniki travmatik ensefalopatiya (XTE) adlanan real tibbi diaqnozdur. Baş nahiyəsinə təkrarlanan zərbələr beyndə mikrosarsıntılar yaradır və zamanla neyronların məhvinə səbəb olur.

XTE adətən illər sonra — bəzən idman karyerasının bitməsindən onilliklər keçdikdən sonra üzə çıxır.

“Əvvəlcə xarakter dəyişiklikləri — əsəbilik, impulsivlik, depressiya, diqqət çətinlikləri görünür. Daha sonra yaddaş, nitq və koordinasiya pozulur, ağır hallarda demensiyaya bənzər idrak itkisi yaranır”, — deyə həkim qeyd edib.

Risk qrupunda uzun illər baş zərbələri alan peşəkar idmançılar, həmçinin hərbçilər və tez-tez travma keçirən şəxslər var. Həkim əlavə edib:

“XTE-ni tam sağaltmaq mümkün deyil, lakin erkən diaqnostika xəstəliyin irəliləməsini ləngidir.”