Geri qayıt Çap et

Qaynananı fəth etməyin yolu: “Qızıl açar” tortu — uşaqlıqdan gələn dad

Qızıl Açarlı tort – uşaqlıqdan gələn eyni dad!

İnqrediyentlər:

  • 4 yumurta

  • 150 qram şəkər

  • 200 qram un

  • 2 xörək qaşığı kakao

  • 1 çay qaşığı qabartma tozu

  • 500 qram soyuq xama

  • 200 qram şəkər (krem üçün)

  • 100 qram yumşaq kərə yağı

  • 50 qram qoz


Hazırlanması:

1. Biskvit

Dörd yumurtanı 150 qram şəkərlə birlikdə köpüklü kütləyə çalın.
Tədricən 200 qram un, 2 xörək qaşığı kakao və 1 çay qaşığı qabartma tozu əlavə edin.
Hazır xəmiri üç formaya bölün və 180°C-də 20–25 dəqiqə bişirin.


2. Krem üçün:

Keks soyuyana qədər krem hazırlayın.
500 qram soyuq xama, 200 qram şəkər və 100 qram yumşaq kərə yağını birlikdə çalın.
50 qram qozu xırda doğrayın.


3. Tortun yığılması:

Hər keks qatını bol krem ilə yağlayın və qoz səpin.
Tortu soyuducuda 8 saat, daha yaxşısı bütün gecə saxlayın ki, tam çəkib yumşalsın.

“Qızıl açar” tortu həm zərif olur, həm də uşaqlıq dadını qaytarır.
Ailəniz də, qayınana da xoşbəxt olacaq.

Denmedia.az