Geri qayıt Çap et

İzahsiz tərləmə sadə haldır, yoxsa gizli xəstəliyin xəbərçisidir?

Aşkar səbəb olmadan yaranan həddindən artıq tərləmə ciddi xəstəliyin əlaməti ola bilər.

DenMedia.az xəbər verir ki, bu barədə tanınmış alman dermatoloqu Kristian Bayerl danışıb.

Focus nəşrinə verdiyi müsahibədə həkim bildirib ki, hiperhidroz (həddindən artıq tərləmə) nadir hal deyil, lakin buna ciddi yanaşmaq lazımdır, çünki bəzi hallarda bu vəziyyət xərçəngin simptomu ola bilər.

Bayerlin sözlərinə görə, gecə tərləməsi, bədən temperaturunun yüksəlməsi və qəfil arıqlama bu kimi xəstəliklərin xəbərçisi ola bilər.

“Bəzən bu əlamətlər limfoma və ya leykoz kimi xəstəliklərdə özünü göstərir,” — deyə həkim qeyd edib və oxşar simptomları olan insanları vaxt itirmədən müayinədən keçməyə çağırıb.