Ekspress-pəhrizlər orqanizmdə ciddi stress yaradır.
DenMedia.az xəbər verir ki, bunu Lady.Pravda.Ru-ya müsahibəsində diyetoloq Anna Qordeyeva bildirib.
Onun sözlərinə görə, kəskin qida məhdudiyyətləri ödem, apatiya və digər problemlərlə nəticələnə bilər.
“Ekspress-pəhrizlər bədən üçün stressdir. Onlardan sonra maddələr mübadiləsi yavaşıyır, orqanizm ödem və apatiya ilə reaksiya verir. Tez arıqlamaq mümkündür, amma nəticəni qorumaq artıq başqa hekayədir. Ən doğru yanaşma — "möcüzə pəhriz" axtarmaq yox, şüurlu qidalanma vərdişi formalaşdırmaqdır. Gözəllik rəqəmlərlə ölçülmür,” — deyə Qordeyeva vurğulayıb.
Mütəxəssis ekspress- pəhrizlərə alternativ olaraq yüngül detoks proqramlarını məsləhət görüb.
Məsələn, daha çox smuzi, tərəvəz, zülal qəbul etmək və su balansını qorumaq.
Bu cür proqramlar orqanizmi təmizləyir, amma maddələr mübadiləsini pozmur, — deyə Qordeyeva əlavə edib.