Bir çox valideyn elə bilir ki, övladlarını çox yaxşı tanıyır, amma uşaqlar yalan danışmağa başladıqda bunu fərq etmir.
Psixoloqların fikrincə, uşaqlarda yalan danışmaq tərbiyəsizliyin yox, şəxsiyyətin formalaşmasının təbii mərhələsidir.Əsas xəbərdarlıq siqnalları – davranışdakı qəfil dəyişikliklərdir.
Uşaq ya çox qapalı, ya da əksinə, həddindən artıq danışqan olur.
Sözlərlə hərəkətlərin uyğun gəlməməsi və sadə suallara əsəbi reaksiya da diqqət çəkməlidir.Ən çox hallarda uşaqlar cəza qorxusundan və ya şəxsi məkanlarını qorumaq istədikləri üçün yalan danışırlar.
Bu xüsusilə yeniyetmələrdə daha çox müşahidə olunur.Mütəxəssislər xəbərdarlıq edir: uşağın yalanına aqressiya ilə yox, sakit və anlayışlı münasibətlə yanaşmaq vacibdir.
Açıq dialoq və dəstək uşağın həqiqəti gizlətmək ehtiyacını azaldır və ailədə etimadı möhkəmləndirir.