Geri qayıt Çap et

Bu qış hansı rənglər dəbdə olacaq?

Bu qışın dəbində safir mavisi, mavi, qırmızı, albalı və şokolad tonları olacaq.

Denmedia.az xəbər verir ki, bunu “Radio 1”ə müsahibəsində stilist Anna Skoroxodova bildirib. O vurğulayıb ki, bu mövsümdə dəbdə parlaq deyil, dərin və dolğun rəng palitrası olacaq.

“Ən çox tələb görənlər zərif və aristokratik çalarlar olacaq. Məsələn, qəhvənin bütün tonları — kofe, kömür və şokolad rəngləri. Həmçinin, bu qış  qırmızı, albalı və çili rəngləri də ön planda olacaq. Və əlbəttə, mavi və safir tonları,” — deyə Skoroxodova qeyd edib.

Stilist diqqətə çatdırıb ki, bu qış geometrik və sərt siluetlər trenddə olacaq. Onun fikrincə, bu cür geyim formaları bədəni daha zərif və nizamlı göstərməyə kömək edir.