Geri qayıt Çap et

Həkim xəbərdarlıq edir: bəzi bakteriyalar artıq antibiotiklərdən qorxmur!

Antibiotiklərə qarşı davamlı bakteriyaların artması tibb üçün ən ciddi təhlükələrdən birinə çevrilib. DenMedia.az xəbər verir ki, NEWS.ru-ya danışan terapevt Andrey Vasilyev bildirib ki, bu siyahıya bağırsaq çöpü (E. coli) və Kox çöpü (vərəm yaradan bakteriya) kimi ən təhlükəli mikroorqanizmlər daxildir.

💬 “Ən kəskin problemlərdən biri Kox çöpü — yəni vərəm bakteriyası ilə mübarizədir. Bağırsaq çöplərinin bir çox növləri eyni anda bir neçə antibiotik sinfinə qarşı davamlılıq qazanıb. Qızılı stafilokok da metisillinə qarşı müqaviməti ilə tanınır,” — deyə Vasilyev qeyd edib.

Həkimin sözlərinə görə, antibiotiklərə davamlı mikroorqanizmlər arasında həmçinin Klebsiella pneumoniae, Pseudomonas aeruginosa (mavi irin çöpü) və Acinetobacter bakteriyaları da var.

⚠️ Bu bakteriyalar təkcə xəstəxanalarda deyil, gündəlik həyatda da təhlükə yaradır — çünki onlar ən güclü dərmanlara belə tab gətirə bilir.