Geri qayıt Çap et

Pomidorları israf etməyin – qışa hazırlayın!

Sarımsaqlı qurudulmuş pomidor – həm ləzzətli, həm də faydalı qəlyanaltıdır. Bu reseptlə siz yay mövsümünün ətirini uzun müddət saxlaya biləcəksiniz. Resept sadədir və ev şəraitində asanlıqla hazırlanır.


🧄 Tərkibi:

  • Pomidor  – 1,5 kq

  • Sarımsaq – 4–5 diş

  • Zeytun yağı – 100 ml

  • Duz – zövqə görə

  • İtalyan ədviyyatları (reyhan, oregano, rozmarin) – 1 çay qaşığı

  • Şəkər – 1 çay qaşığı

  • Qara istiot – 0,5 çay qaşığı (istəyə görə)


🍽️ Hazırlanma qaydası:

  1. Pomidorları yuyun və iki yerə bölün. İçini çıxardın və kağız dəsmalın üzərinə, kəsilmiş tərəfi aşağı olmaqla düzün – artıq nəm çəkilsin.

  2. Ayrı qabda duz, şəkər, istiot və ədviyyatları qarışdırın. Pomidorların üzərinə səpin və 10–15 dəqiqə gözlədin.

  3. Sobanı 100°C-yə qədər qızdırın. Pomidorları perqament kağızı sərilmiş soba listinə, kəsilmiş tərəfi yuxarı olmaqla düzün.

  4. Pomidorları 3–4 saat ərzində qurudun, amma tam quru olmamalıdır – elastikliyini saxlamalıdır.

  5. Quruyan pomidorlar hazır olanda sarımsağı xırda doğrayın.

  6. Pomidorları sterilizə olunmuş bankalara qat-qat yığın, aralarına doğranmış sarımsaq əlavə edin.

  7. Üstünə zeytun yağı tökün ki, pomidorlar tam örtülsün. Bankaları qapaqla bağlayın və sərin yerdə saxlayın.

📌 Qeyd: Pomidorlar bir neçə günə hazır olur və qəlyanaltı, salatlar, pizzalar və makaronlar üçün ideal əlavəyə çevrilir.

DenMedia.az