Geri qayıt Çap et

Sumqayıtda zavod ərazisində insident – Bir nəfər xəsarət aldı

Sumqayıtda zavodlardan birinin ərazisində 54 yaşlı kişi bıçaqlanıb.

Hadisə zamanı 1972-ci il təvəllüdlü Bilal Şahgəldiyevə naməlum şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Denmedia.az