Geri qayıt Çap et

Sumqayıtda 24 yaşlı oğlan bıçaqlandı

Sumqayıtda 24 yaşlı gənc bıçaqlanıb.

Hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 24 yaşlı Ə. Mahmudov bıçaq xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Denmedia.az