Geri qayıt Çap et

ABŞ-də banka silahlı hücum: Mühafizəçi hücumçunu öldürdü - FOTO

ABŞ-nin Florida ştatında “Citibank”ın əməliyyat mərkəzinə silahlı hücum cəhdi baş verib.

Uzunlüləli silahla binaya daxil olmağa çalışan şəxs təhlükəsizlik əməkdaşı tərəfindən aşkar edilib.

Mühafizəçi dərhal atəş açaraq silahlı şəxsi zərərsizləşdirib.


Hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb olunub. Təhlükəli anlar müşahidə kameralarına əks olunub.

Faktla bağlı genişmiqyaslı araşdırma başlanıb.

Denmedia.az