Geri qayıt Çap et

Dövlət sərhədini pozan əfqanlar saxlanıldı

Dövlət sərhədini pozanlar saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən xəbərə görə, hadisə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Denmedia.az