Geri qayıt Çap et

Gəncədə 88 yaşlı qadının müəmmalı ölümünün arxasından qətl çıxdı

Gəncədə 1938-ci il təvəllüdlü Gülsüm Əliyeva yaşadığı ünvanda öldürülüb.

Hadisə şəhər ərazisində qeydə alınıb.

İstintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadının döyülərək öldürülməsində bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov şübhəli bilinir. Artıq Ə. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Denmedia.az