Geri qayıt Çap et

Gəncədə 60 yaşlı qadın bıçaqlandı

Gəncədə 60 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Denmedia.az apa-ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Xoşqədəm Məmmədli mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı qadın xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun əri, 1965-ci il təvəllüdlü Adil Məmmədovdur.

Məlumata görə, şübhəli şəxs hadisədən sonra ərazidən qaçıb.

Polis onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı araşdırma aparılır.