Geri qayıt Çap et

DİN Bakıda kafedə baş verən kütləvi davanın iştirakçılarını saxladı

Xəbər verdiyimiz kimi, Bakıda kütləvi dava baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə ilə əlaqədar 9 nəfər saxlanılıb.

Polis əməkdaşları davada iştirak edən bütün şəxslərin kimliyini müəyyən edərək onları saxlayıblar.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Denmedia.az